Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli polisi koronavirus əleyhinə reyd keçirib.

27 mart 2021 | 16:00

Yoxlamalar 26.03.2021-ci il tarixdə Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən İmişli şəhərində yerləşən ictimai iaşə və ticarət obyektlərində həyata keçirilib. Reyd zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən düzgün istifadə etməyən və pandemiya qaydalarını pozmaqda davam edən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər. Həmçinin pandemiyanın geniş yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilən qaydalar barədə sakinlərlə maarifləndirici söhbətlər də aparılmışdır.

Qeyd edək ki, rayon ərazisində karantin qaydalarına riayət edilməsi məqsədilə nəzarət-profilaktik və maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdirilir.

Keçidlər