Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yaşıllıqlara qulluq müntəzəm olaraq davam etdirilir.

27 mart 2021 | 16:00

İmişli şəhərinin H.Əliyev prospektində Novruz bayramı ilə əlaqədar qeyri iş günlərinin olması səbəbindən, əhalinin və nəqliyyat vasitələrinin sıxlığının az olmasını nəzərə alaraq bayram günləri İmişli Mənzil Kommunal İstehsalat Birliyinin texnika və işçi qüvvəsinin köməkliyi ilə çoxillik ağaclarda budama işləri aparılmışdır. Belə ki, prospektin uzunluğu 9 km-ə qədər olan hissəsindəki ağaclarda budama işləri aparılan zaman müvafiq aqrotexniki tədbirlər nəzərə alınmış və lazımi təhlükəsizlik qaydalarına riayət olunmuşdur. İş prosesi zamanı həmçinin tullantılar təmizlənmiş və texnikanın köməkliyi ilə ərazidən kənarlaşdırılmışdır.

 Hal-hazırda prospektboyu ərazidə görülən budama işləri artıq yekunlaşmaq üzrədir.

Keçidlər