Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda şəhid ailələrinə mənəvi dəstək olmaq məqsədilə keçirilən görüşlər bayram ərəfəsində də davam etdirilir.

18 mart 2021 | 16:00

18 mart 2021-ci il tarixdə, Novruz bayramı ərəfəsində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev aparat işçilərinin iştirakı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailələrini ziyarət ediblər. Ziyarət zamanı şəhid ailələrinə bayram sovqatı verilmiş, onların qayğıları ilə maraqlanılmışdır. Görüşlərdə şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb.

Bildirilib ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir və şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Qeyd edək ki, İmişli rayonunda şəhid ailələri, eləcə də müharibə iştirakçıları xüsusi diqqət və qayğı ilə əhatələnir və bundan sonra da onları narahat edən məsələlərin həlli istiqamətində lazımi tədbirlər görüləcəkdir.

Keçidlər