Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonunda Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olunur.

16 mart 2021 | 16:00

Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Aparatın əməkdaşları ilə birlikdə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın ailələrinə baş çəkmişdir. Görüş zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu bildirilmişdir. Şəhid ailələrinə qarşıdan gələn Novruz bayramı münasibətilə sovqatlar paylanılmışdır. 

Şəhidlərimizin döyüş yolundan söz açan valideyinlər isə övladlarının qəhrəmanlıqlarından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirərək dövlət səviyyəsində şəhid ailələrinə göstərilən qayğıdan, xüsusilə möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi hörmətdən, bu istiqamətdə qəbul etdiyi qərarlardan və verilən tapşırıqlardan razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, İmişlidə şəhid ailələri ilə görüşlər mütəmadi olaraq davam etdirilir.

 

 

 

Keçidlər