Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu.

15 mart 2021 | 16:00

İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalanların ailələrinə mütəmadi olaraq baş çəkir, onların qayğıları ilə maraqlanırlar. 15 mart 2021-ci il tarixdə Novruz bayramı ərəfəsində də RİH başçısı Elçin Rzayev və Aparatın məsul işçiləri bir qrup Vətən müharibəsi şəhidlərinin ailələrini evlərində ziyarət etmiş və gətirilən bayram sovqatları onlara təqdim olunmuşdur. Görüş zamanı icra başçısı şəhidlərimizin Azərbaycanın haqq işi uğrunda cəsurluq və mərdlik nümunəsi göstərdiyini, onların həyat yolunun bundan sonrakı nəsillərə örnək olduğunu vurğulamışdır. Şəhidlərimizin valideynləri övladlarının Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq, igidlik və mərdlik nümunəsi göstərib ən uca zirvə olan şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər.

Qeyd edək ki, İmişli rayonunda şəhid ailələri mütəmadi olaraq ziyarət olunur, onların qayğıları ilə maraqlanılır və həlli istiqamətində lazımi işlər görülür.

 

Keçidlər