Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək” adlı profilaktik görüş keçirildi.

12 mart 2021 | 16:00

İmişli Rayon İcra Hakimiyyəti Polis Şöbəsi ilə birlikdə “Milli Fəaliyyət Planı”na uyğun olaraq “Narkotik vasitələr, psixotrop maddələr və onların qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində tədbirlər və maarifləndirmə işinin həyata keçirilməsi, zərərli vərdişlərdən gənclərin qorunması barədə”  10 mart 2021-ci il tarixdə İmişli rayonunun Yalavac kənd İ. Səfərov adına tam orta məktəbində, 11 mart 2021-ci il tarixində isə İmişli şəhər E.İbrahimov adına 4 saylı tam orta məktəbində yuxarı sinif şagirdləri ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək” adlı profilaktik görüş keçirilmişdir. Görüşdə İmişli RİH-nin “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rüfət Muradov və həmin komissiyanın məsləhətçi-psixoloqu Mirzə Əliyev, eyni zamanda İmişli RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisləri, polis mayoru Nəbi Babaşov və polis leytenantı Nurlan Mirzəyev çıxışlar edərək narkomaniyanın törətdiyi faciələr və onun mənfi nəticələri barədə geniş məlumatlar verilmişdir.  
    Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq,  onları belə  neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə və idmana olan marağını artırmaqdan ibarətdir.
     Qeyd edək ki, görüş pandemiya qaydalarına uyğun olaraq keçirilmişdir.

Keçidlər