Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə fərdi yaşayış evi yanan sakinə köməklik olundu.

04 mart 2021 | 16:00

İmişli rayonu Qaraqaşlı kənd sakini, Qurbanov Rasət Hüseynxan oğluna məxsus fərdi yaşayış evi 25.02.2021-ci il tarixdə elektrik qısaqapanması nəticəsində yanmışdır. Mövcud vəziyyətlə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən R.Qurbanovun evinə baş vermiş hadisə ilə bağlı baxış keçirilmişdir. Baxışdan sonra İcra Hakimiyyətinin müvafiq köməkliyi ilə ailənin durumu nəzərə alınaraq, Qızıl Aypara Cəmiyyətinin Sabirabad Regional Mərkəzi tərəfindən R.Qurbanovun ailə üzvləri yataq və geyim dəstləri, eyni zamanda məişət avadanlıqları ilə təmin olunmuşdur.
      Qeyd edək ki, ailəyə daxili imkanlar hesabına əlavə köməklik edilməsi istiqamətində işlər aparılır.

 

Keçidlər