Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli Rayon İcra Hakimiyyətinin başçısı daha bir qazi ilə görüşüb.

03 mart 2021 | 16:00

02.03.2021-ci il tarixdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən müharibəsi qazisi Muradov Elçin Arif oğlu ilə görüşüb. İmişli rayonunun Aranlı kəndində dünyaya gələn E.Muradov 44 günlük Vətən Müharibəsində şərəfli döyüş yolu keçərək, Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanıb. Hazırda müalicəsini İmişli Rayon Mərkəzi Xəstəxanasında davam etdirən E.Muradov göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir. Qazi ilə görüşən icra başçısı E.Rzayev döyüşçünün sağlamlığı ilə maraqlanmış, işğalçı Ermənistan ordusuna qarşı müharibədə göstərdiyi qəhrəmanlığa və şəxsi şücaətə görə onu təbrik etmişdir. İcra başçısı Vətən müharibəsində şanlı Azərbaycan ordusunun, qəhrəman oğullarımızın göstərdiyi şücaətin misilsiz olduğunu bildirərək, bu döyüşlər haqqında hələ uzun illər danışılacağını da diqqətə çatdırıb. E.Muradov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. E.Muradov həmçinin “Aprel” döyüşlərində də iştirak etmişdir.
      Qeyd edək ki, görüş pandemiya qaydalarına uyğun olaraq keçirilmişdir.

Keçidlər