Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə suvarma kanalları lildən təmizlənir.

02 mart 2021 | 16:00

İmişli şəhərinin mərkəzi hissəsindən keçən, uzunluğu 7 km olan “Rəsularx” təsərrüfatlararası suvarma kanalında Rayon Suvarma Sistemləri İdarəsinin texnika və işçi qüvvəsinin köməkliyi ilə lildən və zibil tullantılarından təmizlənmə işlərinə başlanılmışdır. Belə ki, beton örtükdən ibarət olan suvarma kanalı üzərində vaxtilə qeyri-qanuni inşa edilmiş müxtəlif təyinatlı obyektlər işin gedişinə müəyyən çətinliklər yaratsa da, artıq 4 km hissədə təmizlənmə işləri başa çatdırılmışdır. Hal-hazırda suvarma kanalının digər hissəsinin təmizlənməsi istiqamətində görülən işlər davam etdirilir. Təmizlik işləri aparıldıqdan sonra kanal boyu ərazilərdə zibil tullantılarının atılması üçün qutular qoyulmuş və kanalın ətrafındakı yaşayışçılarla gələcəkdə kanala çirkab sularının axıdılması və zibil tullantıları atılmasının qarşısının alınması ilə bağlı maarifləndirmə işləri aparılmışdır.    
      Qeyd edək ki, rayon ərazisində suvarma kanallarının təmizlənməsi ilə bağlı görülən işlər daima diqqət mərkəzində saxlanılır.

(Suvarma kanalının əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkillər)

 

 

Keçidlər