Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib.

24 fevral 2021 | 16:00

1992-ci il fevralın 25-dən 26-na keçən gecə havadarlarının köməkliyi ilə Ermənistan hərbi birləşmələri tərəfindən Xocalı şəhəri işğal edilmiş, etnik azərbaycanlılara qarşı soyqırım aktı həyata keçirilmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib.

Xocalı soyqırımının 29-ci ildönümü ilə əlaqədar İmişlidə ağacəkmə kampaniyası keçirilmişdir. Belə ki, İmişli şəhərində ölkəmizin ll Vətən müharibəsində qələbəsi şərəfinə “Zəfər” adlandırılan prospektdə Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, şəhid ailələrinin, rayon ictimaiyyətinin və aidiyyəti xidmət təşkilatlarının iştirakı ilə ağac əkini işləri aparılmışdır. Bu məqsəd üçün ərazi texnikanın köməkliyi ilə şumlanmış, malalama işləri aparılaraq ağac əkini üçün zolaqlara ayrılmış və su arxları çəkilmişdir. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə 613 ədəd həmişəyaşıl ağaclar əkilmiş və suvarma işləri aparılmışdır. Yaşıllıqların qorunması üçün ərazidə müvafiq tədbirlər görülmüş və yaşıllıqlara aqrotexniki qulluq edilməsi rayonun aidiyyəti xidmət təşkilatlarına tapşırılmışdır.      

Qeyd edək ki, Soyqırım qurbanlarının xatirəsinin anılması məqsədilə 26 fevral 2021-ci il tarixdə rayonun Bayraq Meydanı daxil olmaqla, bütün idarə, müəssisə və təşkilatlarında Azərbaycan Respublikasının Dövlət Bayraqları müvafiq qaydalara uyğun endiriləcək və xatirələri saat 17:00-da 1 dəqiqəlik sükutla yad ediləcəkdir.

Keçidlər