Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə modul tipli ibtidai məktəbin açılış mərasimi keçirilib!

09 fevral 2021 | 16:00

İmişli rayonunun Oruclu kəndində quraşdırılmış modul tipli ibtidai məktəbin açılış mərasimi keçirilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Cabbarova, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Sonra tədbir qonaqlarının iştirakı ilə rəmzi açılış lenti kəsilib və məktəbdə yaradılan şəraitlə tanış olunub.

Qeyd edək ki, fəaliyyətə başlayan modul tipli məktəb 40 yerlik və 2 növbəli ibtidai məktəbdir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib, həyətində abadlıq işləri aparılıb.

Keçidlər