Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə ll Vətən müharibəsi qazilərinin ailələri ilə görüş keçirildi!

05 fevral 2021 | 16:00

Ötən gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin iştirakı ilə rayonun Muradxanlı kəndindən olan, Vətən Müharibəsi qaziləri Əmirli Nicat Valeh oğlunun və Cəfərli Allahverdi Cəfər oğlunun ailəsi ilə görüş keçirilmişdir. Ziyarətçilər qazilərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə öz təşəkkürlərini bildirməklə, tezliklə sağalmaları və öz təcrübələrini gələcək nəsillərə öyrətmələrini arzulamışlar. Görüş zamanı igid qazilərimizin döyüş xatirələrindən bəhs edilmiş, valideynləri övladları ilə qürur duyduqlarını bildirmişlər. Bununla yanaşı ailələrin sosial problemləri və qayğıları ilə də maraqlanılmışdır. Qazilərin ailələrinə dəstək olmaq məqsədilə “Zəfərimiz mübarək!” şüarı ilə gündəlik təlabat vasitələri olan müxtəlif qida məhsullarından ibarət sovqatlar təqdim olunmuşdur.

Qeyd edək ki, Nicat Əmirli Füzuli uğrunda, Allahverdi Cəfərli isə Şuşa uğrunda gedən döyüşlər zamanı yaralanıb. Qazilərimizin ailələrinin yaşayışları bundan sonra da diqqətdə saxlanılacaq.

 

Keçidlər