Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənib!

03 fevral 2021 | 16:00

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası sayəsində respublikamızın hər bir bölgəsində olduğu kimi, İmişlidə də bütün sahələrlə yanaşı əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. İmişli şəhərinin M.Əsədov və T.İsmayılov küçələrində ötən əsrin 50-60-cı illərində inşa olunmuş çoxmənzilli yaşayış binalarında, inşa olunduğu vaxtdan dam örtüklərində təmir-bərpa işləri aparılmadığından mənzillərin yağış sularına məruz qalması halları yaşayışçıların problemlərinə səbəb olurdu. Mövcud vəziyyət nəzərə alınaraq şəhərin M.Əsədov küçəsində 30,37 və T.İsmayılov küçəsində 12,14 saylı çoxmənzilli binaların dam örtüklərində müasir metal vərəqlərdən ibarət örtük materiallarından istifadə edilməklə əsaslı təmir işləri aparılmışdır. Bu hal binalarda yaşayan 60 ailənin mənzil-məişət şəraiti üçün normal vəziyyət yaratmışdır. Ümumilikdə qeyd olunan binalarda 1800 kv.metr dam örtüyü yenisi ilə əvəz olunmuşdur.

Gələcəkdə də İmişli şəhərinin digər ərazilərindəki çoxmənzilli yaşayış binalarının dam örtüklərində yenilənmə işlərinin aparılması istiqamətində müvafiq tədbirlər nəzərdə tutulmuşdur.

(Binaların əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

Keçidlər