Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin Şəhidlər Xiyabanında təmir-bərpa işləri davam etdirilir!

02 fevral 2021 | 16:00

Bir müddətdir ki, İmişli şəhərinin Şəhidlər Xiyabanında əsaslı təmir-bərpa işlərinə başlanılmışdır. Belə ki, ərazidə şəhid məzarlarının döşəmə hissəsində dəmir-beton işləri başa çatdırılmış, məzarların arxa hissəsində mişar daşından istinad divarı hörülmüş və suvaq işləri aparılmışdır. Hazırda xiyabandakı “Qələbə” abidəsində restovrasiya işlərinə başlanılmış və abidənin ətraf hissələrində hörgü işləri başa çatdırılmışdır. Xiyabanın 2.5 ha ərazisində layihə üzrə gediş-gəliş hissəsinin döşəməsinə qum-çınqıl materialları tökülərək hamarlanmış, mexaniki bərkitmə işləri aparılmış və yaşıllıq zolaqlarının ayrılması üçün səki daşları düzülmüşdür. Bundan əlavə ərazidə işıqlandırma və su təchizatı üçün xətlərin çəkilməsinə başlanılmışdır. Həmçinin Xiyabanda nəzərdə tutulan yardımçı tikililərin inşası tamamlanmaq üzrədir.

Qeyd edək ki, aparılan əsaslı təmir-bərpa işləri daima diqqət mərkəzindədir.

 

Keçidlər