Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə ll Vətən müharibəsi şəhidi Elnur Bayramovun xatirəsinə tikilən bulağın açılışı olub!

01 fevral 2021 | 16:00

44 günlük Vətən müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də əsgər Bayramov Elnur Şəmsi oğludur. Elnur Bayramov 1992-ci ildə İmişli rayonunun Şahverdili kəndində anadan olub. O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulmuş və bir sıra əməliyyatlarda uğurla iştirak etmişdir. İgid döyüşçü oktyabrın 28-də Şuşa istiqamətində Daşaltı uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Qəhrəman şəhidimizin əziz xatirəsini yad etmək üçün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və Aparatın məsul işçiləri koronavirus infeksiyası ilə bağlı tətbiq olunan karantin qaydalarına əməl etməklə şəhidin ailəsinə baş çəkmişlər. Görüş zamanı Elnur və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qısa vaxtda düşməni diz çökdürdüyü və tarixi qələbə qazandığı söylənilmiş, şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanmışdır. Şəhidin xatirəsinə tikilən bulağın açılışı günü həm də, E.Bayramovun doğum günü idi. Yaşasaydı, 29 yaşı olacaqdı. Bayramovlar ailəsindən Elnurla yanaşı, onun qardaşları Xalid və Elbəyi də ll Vətən müharibəsinin iştirakçıları olmuşlar.   

İmişli Rayon İcra Hakimiyyətinin kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

 

Keçidlər