Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə ötən il istixanalardan 422 tondan çox pomidor yığılıb!

01 fevral 2021 | 16:00

İmişlidə son illər istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan imişlili fermerlər ötən il daxili və xarici bazarlara yüz tonlarla məhsul çıxarıblar.

Ötən il imişlili fermerlər sahələrdən 1610 ton pomidor-xiyar yığıblar. Bunun da 422,2 tonu rayonun ayrı-ayrı yaşayış məntəqələrinin ərazisində fəaliyyət göstərən istixana komplekslərindən toplanılıb. Tədarük olunan məhsulun əksər hissəsi daxili bazarlara göndərilir.Qiymətlər də təsərrüfat sahiblərini qane edib. Rayonun Yalavac kənd sakini, sahibkar Səlahət Qafarov bildirib ki, ötən il 1 hektar ərazisi olan istixana kompleksindən 79 ton pomidor istehsal edərək bazar və emal müəssisələrinə göndərib. Hər il bu sahədən yaxşı mənfəət götürdüyü üçün gələcəkdə istixana sahəsini artırmaq fikrindədir.

Qeyd edək ki, İmişlidə 7,9 hektar ərazisi olan 11 istixana kompleksi mövcuddur. Hazırda rayonun Otuziki, Murğuzalılı, Qaradonlu və Göbəktala kəndlərində yeni istixanalar yaradılır. Yaxın vaxtlarda bu komplekslərdə də tərəvəz yetişdirilməsinə başlanılacaq.

Keçidlər