Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə yaşıllaşdırma istiqamətində vacib addımlar atılır!

25 yanvar 2021 | 16:00

İmişlidə yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması, ekoloji tarazlığın bərpası, ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsi daima diqqət mərkəzində saxlanılır. Rayonun florasının daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə İmişli şəhərinin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yeni yaşıllıq zolaqları salınmışdır. Belə ki, ərazidəki görkəmini itirmiş ağac və kollar götürülmüş, yaşıllıq ləklərinə yeni münbit torpaq örtüyü tökülərək hamarlanmış və əraziyə xeyli sayda yeni dekorativ ağaclar və gül kolları əkilmişdir. Bununla yanaşı ərazidəki mövcud yaşıllıqlara aqrotexniki qulluqlar göstərilir və yaşıllıqların artırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, İmişli rayonu ərazisində yaşıllıq zolaqlarının salınması İmişli şəhərinin simasının daha da gözəlləşməsi və sakinlərin istirahəti baxımından olduqca əhəmiyyətlidir.

 

Keçidlər