Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid ailələri ziyarət edilir!

13 yanvar 2021 | 16:00

Azərbaycan Respublikası Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında, Türkiyə-Azərbaycan İş Adamları və Sanayicilər Birliği (TÜİB) Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış “Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin Diyanet İşleri Başkanlığı, Türkiyə  Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin köməkliyi ilə İmişli rayonu ərazisində yaşayan Şəhid ailələrinə ərzaq məhsullarından ibarət bağlamalar təqdim olunmuşdur. Görüş zamanı torpaqlarımızın işğaldan azad edilməsində, möhtəşəm qələbənin qazanılmasında misilsiz şücaət göstərən şəhidlərimiz haqqında ürək sözləri bölüşülmüş, onların ailələri tarixi zəfər münasibətilə təbrik edilmişdir. Bununla yanaşı ailələrin sosial problemləri və qayğıları ilə də maraqlanılmışdır. Görülən bu işlər İmişli rayon İcra Hakimiyyətinin və Milli Məclisin deputatı Razi Nurullayevin təşkilatçılığı ilə həyata keçirilmişdir. 
      Qeyd edək ki, İmişlidə şəhid ailələrinə dəstək daima diqqət mərkəzindədir.

Keçidlər