Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Tovuz döyüşlərində yaralanan hərbçinin evi əsaslı təmir edildi!

12 yanvar 2021 | 16:00

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejiminin pozulması zamanı İmişli şəhər sakini Zeynalov Məhiyəddin Elsevər oğlu hərbi xidmətdə olarkən döyüş zamanı ağır yaralanmışdır.  Həkimlərimizin səyi nəticəsində yenidən sağlamlığına qovuşan Məhiyəddinin müalicə aldığı müddətdə ailəsinə baş çəkən Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin tapşırığı ilə İmişli şəhəri Aran küçəsi 36 saylı ünvanda yerləşən tikintisi yarımçıq qalmış 3 otaq, eyvan, mətbəx və sanitar qovşağından ibarət fərdi yaşayış evinə mütəxəssislər tərəfindən baxış keçirilmiş və fərdi yaşayış evinin tikintisinin tamamlanması üçün lazım olan vəsait ödənilmişdir. Bundan sonra qazinin evində təmir işlərinə başlanılaraq su-kanalizasiya və istilik sistemləri quraşdırılmış, eyni zamanda otaqlarda dekorativ bəzək işləri aparılmış və bütünlükdə ev müasir tələblərə uyğun təmir edilərək ailənin istifadəsinə verilmişdir. 

11.01.2021-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev qazi Məhiyəddin ilə görüşərək onu tarixi zəfər münasibəti ilə təbrik etmiş, qayğıları və səhhəti ilə maraqlanmışdır. Söhbət zamanı qazi keçdiyi döyüş yolundan danışmış, öz təəssüratlarını bölüşmüşdür.  

Qeyd edək ki, görülən bu işlər Rayon İcra Hakimiyyəti başçısının xüsusi diqqəti və nəzarəti ilə həyata keçirilmişdir.

 

Keçidlər