Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlinin Şəhidlər Xiyabanında yenidənqurma işləri davam etdirilir.

30 dekabr 2020 | 16:00

İmişli rayonunda uzun müddətdir köhnə və baxımsız halda olan Şəhidlər Xiyabanı yenidən qurulur. Belə ki, əvvəllər mövcud olan vəziyyət şəhidlərimizin doğmalarını, ailə üzvlərini narahat edir, haqlı narazılığına səbəb olurdu. Hazırda layihə üzrə tikinti işləri davam etdirilir və aparılan əsaslı təmir-bərpa işlərinə görə şəhid ailələri sevinərək öz razılıqlarını bildirmişlər. Görülən işlərin tərkib hissəsi olaraq Xiyabanda yaşıllıq zolaqlarının salınması üçün yerlər hazırlanmış və dekorativ ağacların əkilməsinə başlanılmışdır.

Aparılan əsaslı təmir-bərpa işləri Rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayevin daima diqqət mərkəzindədir.

Keçidlər