Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin daha bir küçəsində asfaltlaşma işləri yekunlaşdırılıb!

29 dekabr 2020 | 16:00

İmişlinin şəhərdaxili avtomobil yollarında büdcədən ayrılmış vəsait hesabına aparılan əsaslı təmir işləri davam etdirilir. Növbəti asfaltlaşma işləri şəhərin X.Quliyev küçəsinin avtomobil yollarında aparılmışdır. Uzun illərdir təmir edilməyən yolun asfalt-beton örtüyünün dağılması nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranırdı. Aparılan əsaslı təmir işlərindən sonra əvvəllər mövcud olan problem öz müsbət həllini tapmışdır. Belə ki, X.Quliyev küçəsinin avtomobil yollarına qum-çınqıl materialları tökülərək hamarlandıqdan sonra asfalt örtük qoyulmuşdur.  Uzunluğu 1830 metr olan avtomobil yoluna 10980 kv. metr asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilmişdir. 

Qeyd edək ki, İmişlinin şəhərdaxili avtomobil yollarında aparılan bu işlər müntəzəm xarakterlidir.  

(X.Quliyev küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

 

 

Keçidlər