Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid və müharibə iştirakçılarının ailələrinə dəstək daima diqqət mərkəzində saxlanılır.

29 dekabr 2020 | 16:00

İmişli rayonunda Qarabağ müharibəsində şəhid olanların, qazilərin və müharibə iştirakçılarının ailələrinə dəstək olmaq məqsədilə gündəlik təlabat vasitələri olan müxtəlif qida məhsullarından və Covid-19 infeksiyasından qorunmaq üçün tibbi vasitələrdən ibarət bağlamalar paylanılmışdır. Keçirilən aksiyada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev də iştirak etmişdir. Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə şəhidlərimizin ailə üzvlərini, qaziləri və müharibə iştirakçılarını təbrik etmişdir. Eyni zamanda onların müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, qayğıları ilə maraqlanılmışdır.  Ümumilikdə 600-dən artıq ailəyə müxtəlif çeşidli ərzaq bağlamaları və tibbi vasitələr təqdim olunmuşdur.      

Qeyd edək ki, keçirilən bu aksiya şəhid, qazi və müharibə iştirakçılarının ailələrinin sosial rifahı sahəsində dövlətin apardığı işlərə bir daha dəstək olmuşdur.

 

 

 

Keçidlər