Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir küçənin avtomobil yolları əsaslı təmir olundu!

23 dekabr 2020 | 16:00

İmişli şəhəri ərazisində daha bir avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Belə ki, növbəti əsaslı təmir işləri General Əliağa Şıxlinskinin adını daşıyan küçədə aparılmışdır. Uzun müddət əsaslı şəkildə təmir olunmayan avtomobil yolunun yenidən qurulmasında məqsəd əhalinin rahat gediş-gəlişini təmin etməkdir. Tikinti norma və standartlarına uyğun olaraq aparılan əsaslı təmir işləri tez bir zamanda yekunlaşdırılmış və uzunluğu 1030 metrdən ibarət olan avtomobil yoluna 6180 kv.metr asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilmişdir.      

Qeyd edək ki, İmişlinin şəhərdaxili avtomobil yollarında görülən bu işlər mərhələli şəkildə davam etdirilir.

(G.Şıxlinski küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

Keçidlər