Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir.

21 dekabr 2020 | 16:00

İmişli şəhərinin Q.İsmayılzadə küçəsinin avtomobil yollarında büdcədən ayrılmış vəsait hesabına aparılan əsaslı təmir işləri artıq yekunlaşdırılmışdır. Sözügedən yol uzun müddət təmir olunmadığından intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılmışdır. Belə ki, uzunluğu 435 metr olan avtomobil yoluna 2610 kv. metr asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilmişdir.

Hazırda İmişlinin şəhərdaxili digər avtomobil yollarında əsaslı təmir işləri aparılır və görülən bu işlər müntəzəm xarakterlidir.

(Q.İsmayılzadə küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)   

 

Keçidlər