Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir küçənin avtomobil yolları əsaslı təmir olundu!

18 dekabr 2020 | 16:00

İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması işləri davam etdirilir. Növbəti əsaslı təmir işləri Milli Qəhrəman İmamverdi Əliyevin adını daşıyan küçədə aparılmışdır. Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və müxtəlifyönlü səmərəli işlərin reallaşmasının vacibliyi nəzərə alınaraq başlanılan yenidənqurma işləri sürətlə aparılaraq yekunlaşdırılıb. Uzunluğu 650 metrdən ibarət olan avtomobil yoluna 3900 kv.metr asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilmişdir.      

Qeyd edək ki, İmişlinin şəhərdaxili avtomobil yollarında görülən bu işlər mərhələli şəkildə davam etdirilir.

(İ.Əliyev küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

 

 

 

Keçidlər