Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir.

17 dekabr 2020 | 16:00

İmişli rayonunda büdcədən ayrılmış vəsait hesabına şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri aparılır. Növbəti təmir işləri İmişli şəhərinin Mil küçəsi və Natəvan küçəsinin bir hissəsində aparılmışdır.  Qeyd olunan avtomobil yollarında, sakinlərin yağıntılı hava şəraitində bu yollarla hərəkəti zamanı yaranmış çətinlikləri aradan qaldırılmışdır. Belə ki, avtomobil yollarına qum-çınqıl materialları tökülərək hamarlanmış və asfalt örtük qoyulmuşdur. Ümumilikdə uzunluğu 927 metr olan yollara 5562 kv. metr asfalt döşənərək sakinlərin ümumi istifadəsinə verilmişdir.

Hazırda İmişli rayonu ərazisində görülən bu işlər mərhələli şəkildə digər şəhərdaxili yollarda aparılır.

(Mil və Natəvan küçələrinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

 

 

Keçidlər