Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhəri ərazisindəki avtomobil yollarında əsaslı təmir işlərinə başlanılmışdır.

15 dekabr 2020 | 16:00

İmişli şəhərinin S.Həmzəyev küçəsindəki avtomobil yollarının əsaslı şəkildə qurulması 450 nəfərə yaxın sakinin sevincinə səbəb olmuşdur. Sözügedən avtomobil yolunda, xüsusilə payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaransa da, artıq bu problem öz müsbət həllini tapmışdır. Belə ki, uzunluğu 420 metr olan avtomobil yoluna 2100 kv. metr asfalt örtük döşənərək sakinlərin ümumi istifadəsinə verilmişdir. 

Qeyd edək ki, İmişli rayonu ərazisində görülən bu işlər mərhələli şəkildə bütün daxili yollarda davam etdiriləcəkdir.

(S.Həmzəyev küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

 

 

 

 

 

Keçidlər