Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərindəki piyada səkilərində yenidənqurma işləri aparılır.

14 dekabr 2020 | 16:00

Son dövrdə İmişli şəhərinin küçə və məhəllələrində mütəmadi aparılan abadlıq işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Görülən işlərin davamı olaraq hazırda şəhərin H.Əliyev prospektində və A.Şadlinski küçəsindəki səkilərdə geniş miqyaslı təmir-bərpa işləri aparılır. Belə ki, piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün səkilərə 6000 metr yeni səki daşları və 5500 kv. metr müasir döşəmə plitələri qoyulmuşdur. Həmçinin qeyd olunan ərazidə yağış sularının axıdılması üçün su ötürücü kanallar da çəkilmişdir.    

Hal-hazırda qeyd olunan ərazidə abadlıq-quruculuq işləri davam etdirilir.

Keçidlər