Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə baramaçılığın inkişafı məqsədilə tut tingləri əkilir.

09 dekabr 2020 | 16:00

İmişli rayonunda kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Belə ki, baramaçılığın  yem  bazasının  möhkəmləndirilməsi  məqsədilə  bu ilin  payız  mövsümündə rayon ərazisində tut tinglərinin əkilməsinə başlanılmışdır. Rayondakı mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir. Bölgü əsasında fermer təsərrüfatlarına, barama istehsalçılarına əvəzsiz olaraq paylanılan tinglərin əkini isə artıq başa çatmaq üzrədir. Tut tinglərinin əkin prosesi əsasən şəhər ərazisində, Sarıxanlı, Məmmədli, Yuxarı Qaralar, Oruclu və digər kəndlərdə aparılmış, eyni zamanda yeni salınmış tut bağlarının suvarılması təşkil olunmuşdur. 

Qeyd edək ki, baramaçılığın inkişaf etdirilməsi İmişli rayonunda prioritet məsələlərdən hesab olunur.

 

 

 

 

Keçidlər