Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 14 min hektardan çox sahədə payızlıq taxıl əkilib.

07 dekabr 2020 | 16:00

İmişlidə taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiya verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını artırır. İndi rayonda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və taxıl istehsalı ilbəil artır.

Cari ildə 17 min 150 hektar taxıl sahəsindən ümumilikdə 67 min 109 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 22 min hektar sahədə keyfiyyət şumu aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar. Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 14 min 500 hektar sahədə səpin aparıblar ki, bunun da 6 min hektarı arpa, 8 min 500 hektarı isə buğda sahəsidir. Əkinçilər hər gün 200-250 hektar sahəyə toxum səpirlər. Taxılçılar, həmçinin 250 hektar sahədə yaşıl yem üçün xəsil də əkiblər. Rayonun Cəfərli, Əliqulular, Oruclu, Qızılkənd kəndlərində fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak edir, kampaniyanı optimal müddətdə başa çatdırmaq üçün var-qüvvə ilə çalışırlar.

Keçidlər