Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərində H.Əliyev prospekti boyunca ərazilərdə yeni yaşıllıq zolaqları salınır və həmişəyaşıl ağaclar əkilir.

12 noyabr 2020 | 16:00

Ekoloji balansın bərpası və təbii mühitin qorunması İmişli rayon İcra Hakimiyyətinin diqqətdə saxladığı ən mühüm məsələlərdəndir. Bu məqsədlə, RİH tərəfindən yaşıllaşdırma istiqamətində vacib addımlar atılır. Belə ki, İmişli şəhərində H.Əliyev prospekti boyu ərazilərdə əvvəllər baxımsızlıq səbəbindən yaşıllıq zolaqları məhv olmuşdu. Lakin son zamanlar, yaşıllıq ləklərindəki məhv olmuş ağaclar çıxarılaraq həmin sahələrə münbit torpaqlar tökülmüş və burada yeni yaşıllıq zolaqları salınaraq dekorativ həmişəyaşıl ağaclar əkilmişdir. Hazırda yaşıllıqların salınması və onlara qulluq edilməsini davamlı təmin etmək məqsədi ilə aparılan işlər sürətlə davam etdirilir və bütün yaşıllıq zolaqları yeniləşdirilir.
     Qeyd olunanlarla yanaşı ərazidə məişət və digər tullantıların vaxtaşırı götürülməsi, eyni zamanda ərazinin təmiz saxlanılması istiqamətində də işlər davam etdirilir.

 

 

 

Keçidlər