Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Qələbə” günü münasibətilə tədbir keçirildi.

11 noyabr 2020 | 16:00

Bu gün keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. İlk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi və abidəsi önünə gül dəstələri qoyuldu. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. 

Sonra giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirdi ki, bu günlər, bu dəqiqələr hər bir Azərbaycan vətəndaşının həyatında ən xoşbəxt günlər, dəqiqələrdir. Milli şüarımıza çevrilmiş “Qarabağ Azərbaycandır!” gerçəyi reallaşdı. Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirmək bəlasından xilas olaraq ərazi bütövlüyünü təmin etdi. Bunun təməlində heç şübhəsiz xalqın öz Liderinə sonsuz inamı, yurd, torpaq sevgisi və Liderin də xalqa arxalanması dayanır. Rəşadətli Ordumuz sonsuz cəsarət və qəhrəmanlıq göstərərək torpaqlarımızı düşməndən təmizlədi.  Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. Bu, haqqın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! 

Tədbirdə digər çıxış edənlər də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bu tarixi qələbə sevincini bizə yaşadan rəşadətli Ordumuza sonsuz təşəkkürlərini ifadə ediblər.

Keçidlər