Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə 22-23 min ton pambıq istehsalı proqnozlaşdırılır.

21 sentyabr 2020 | 16:00

İmişlidə pambıq yığımına başlanılıb. Məhsul toplanışına mütəşəkkil başlayan “ağ qızıl” ustaları qısa müddətdə sahələrdən 53 tondan çox məhsul yığıblar. Hər gün sahələrdən 13-15 ton pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir. Tədarük edilən məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub.
Bu il imişlili pambıqçılar 7 min 923,8 hektar sahədə pambıq əkiblər. Ötən il sahələrdən 19 min tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində yüksək məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda bol məhsul yetişib.
     Bir neçə gündür ki, rayonda pambıq yığımına başlanılıb. Pambıq kollarında qozalar tam açılmadığından hələlik məhsul əl ilə toplanılır. Yaxın günlərdə sahələrə pambıqyığan kombaynlar da çıxarılacaq. Bunun üçün 33 kombayn saz vəziyyətə gətirilərək fermerlərin ixtiyarına verilib.
     Mirili kənd sakini fermer Elxan Məmişov rayonda ən yüksək məhsuldarlığa nail olan fermerlərdəndir. O, ötən il becərdiyi 22 hektar pambıq sahəsinin hər hektarından 48 ton məhsul götürüb. Məhsul istehsalçısının sahəsində bu il də pambıq çoxdur. “Rayon üzrə ən yüksək məhsuldarlığa nail olan fermerlər sırasındayam. Bu il 22 hektar sahədə məhsul becərmişəm. Bitkini aqrotexniki qaydada qulluq etdiyimdən bol məhsul yetişib. Hələlik məhsulu əl ilə yığırıq. Sahədə qozalar tam açılmadığından hələlik yığıma başlamamışam. Yaxın günlərdə sahəyə pambıqyığan kombaynları çıxaracağam. Əminəm ki, məhsuldarlıq ötən ildəkindən də yüksək olacaq - deyə fermer bildirib.

Qeyd edək ki, bu il imişlili pambıqçılar becərdikləri sahələrdən 22-23 min ton pambıq yığmağı qarşıya məqsəd qoyublar.

Keçidlər