Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb.

04 avqust 2020 | 16:00

Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 6 may tarixli Sərəncamına uyğun olaraq İmişli rayonunun Oruclu kənd ibtidai məktəbi üçün 40 yerlik modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb. Tikinti işləri Providence Doytch Limited MMC tərəfindən aparılır. Məktəbin yeni binasında 5 sinif və 1 müəllim otağı olacaq. Məktəb dayanaqlı su, istilik, elektrik enerjisi ilə də təmin olunacaq və yeni tədris ilində istifadəyə veriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. Modul tipli məktəblərin əsas üstünlüyü onların azməsrəfli olması, az vaxt ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

 

Keçidlər