Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayon İcra Hakimiyyətinin başçısı Qurban Bayramı münasibətilə rayon sakinlərini təbrik edib.

30 iyul 2020 | 16:00

Əziz həmvətənlilər!
       Doğma İmişlililər!
Sizi müqəddəs Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramınız mübarək!!!
Bu əlamətdar gündə müsəlmanlar Uca Yaradanın adına qurbanlar kəsir, Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hazır olduqlarını nümayiş etdirirlər.
    Azərbaycanda ayrı-ayrı xalqlar mehriban ailə kimi yaşayır, ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti formalaşmış və etnik-mədəni müxtəliflik bu günədək qorunub saxlanılmışdır. İslam dininin əsas bayramı - Qurban Bayramı - milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsidir.
      Bu il Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf edir. Mömin insanlar Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər. Bir daha hər birinizi səmimi qəlbdən təbrik edirik, ailələrinizə can sağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.
       Qurban bayramınız mübarək olsun!

Keçidlər