Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonu ərazisində koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.

02 iyul 2020 | 16:00

Belə ki, 02 iyul 2020-ci il tarixdə İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisinin müxtəlif yerlərində profilaktik tədbirlər çərçivəsində sakinlərlə marifləndirmə işləri  davam etdirilib. İmişli rayon İcra Hakimiyyətinin əməkdaşları, İmişli rayon “ASAN” könüllüləri və Hüquq mühafizə orqanları ilə birlikdə vətəndaşlarla xüsusi karantin rejimi ilə bağlı koronavirus infeksiyasından qorunmağa dair söhbət aparılmış, onlara lazım olan gigiyena və özünütəcrid qaydalarına əməl etmək, sosial izoliyasiya məsafəsini qorumaq, ehtiyac olmadığı halda evləri tərk etməmək və  tibbi maskalardan hər zaman  istifadə etmək, həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına ciddi şəkildə riayət etmək tövsiyə olunmuşdur. Qeyd edək ki, aksiyanın məqsədi əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

İmişli rayon İcra Hakimiyyəti tərəfindən aparılan bu işlər mütəmadi olaraq koronavirus (COVİD-19) təhlükəsi aradan qalxana qədər davam etdiriləcək.

 

 

Keçidlər