Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə kümçülər baramaçılıqdan yüksək gəlir əldə edirlər.

17 iyun 2020 | 16:00

İmişli rayonunda barama tədarükü davam edir. Ötən illər ərzində baramaçılıq sahəsində təcrübə toplayan rayon sakinləri bu il də yüksək qazanc əldə edirlər. Belə kümçülərdən biri də rayonun Göbəktala kənd sakini Ələddin Abbasovdur. O, dörd ildir bu işlə məşğuldur. Baramadan yaxşı gəlir götürən kümçü bu il 90 qram ipəkqurdu toxumu bəsləyib. Hədəfi isə 240 kiloqram yaş barama təhvil verməkdir. Onun sözlərinə görə, dövlət tərəfindən baramaçılığın inkişafına göstərilən diqqət insanların marağının artmasına səbəb olub. Toxumların kümçülərə yerlərdə pulsuz paylanması, tut tinglərinin əkilməsi baramaçılığa marağı daha da artırıb. Qırx gün çəkilən əziyyətin qarşılığında isə hər kiloqrama 9 manat gəlir götürülür.

Ətraflı linkdə: https://azertag.az/xeber/Kumchuler_baramachiliqdan_yuksek_gelir_elde_edirler_FOTO_VIDEO-1514945

Keçidlər