Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun – Tibb işçilərinin peşə bayramı

17 iyun 2020 | 16:00

Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. İnsan üçün çox qiymətli olan və ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçiləri vardır.
   Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq, Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 04.06.2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikasında tibb işçilərinin peşə bayramı kimi qeyd olunur. 
     Bu münasibətlə İmişli rayon İcra Hakimiyyəti bütün səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayır.

Keçidlər