Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində qəsəbədaxili yollara asfalt örtük qoyuldu.

15 iyun 2020 | 16:00

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində sakinlərin narazılığına səbəb olan daxili yollar uzun müddətdir ki, yararsız vəziyyətdə idi. Bu nahamar yollar sakinlərin gediş-gəlişi üçün müəyyən çətinliklər yaradırdı.

Bu məqsədlə sakinlərin müraciətləri nəzərə alınaraq qeyd olunan yollar bərpa olunmuşdur. Belə ki, Bəhrəmtəpə qəsəbəsində 1750 metr qəsəbədaxili yol əsaslı təmir olunaraq asfalt örtük qoyulmuşdur. Görülən bu işlər qəsəbə sakinlərinin məmnunluğuna səbəb olmuş, eyni zamanda göstərilən diqqətə görə sakinlər tərəfindən ölkə və rayon rəhbərliyinə minnətdarlıq edilmişdir. Qeyd edək ki, qəsəbə bələdiyyəsi tərəfindən çəkilən bu yol təxminən 5 min nəfərə xidmət edir.

 

Keçidlər