Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər daha da gücləndirilib.

13 iyun 2020 | 16:00

İmişlidə Koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, həmçinin bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirləri davam etdirilir.

Belə ki, bu gün rayonun Heydər Əliyev prospektində, 20 Yanvar, T.İsmayılov, M.Əsədov, S.Qazıyeva, A.Şadlinski, P.Həsənov, S.Fətəliyev və N.Savalanov küçələrində dezinfeksiya işləri aparılaraq yollar xüsusi məhlullarla yuyulub. Qeyd edək ki, dezinfeksiya işləri İmişli rayon ərazisində mütəmadi olaraq aparılır. 

Keçidlər