Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli könüllüləri “Böyüklərimizi qoruyaq” devizi altında səfərbər olmuşlar.

19 may 2020 | 16:00

  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında və dövlət başçısının 2019-cu il fevralın 1–də Azərbaycan Gəncləri gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının  üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını  inkişaf etdirmək vəzifəsi  qoyulmuşdur. Könüllülük həm də vətənpərvərlik məktəbi,  dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30.12.2019-cu il tarixli sərəncamına əsasən 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilmişdir. Qeyd edilən vəzifələrin icrasını təmin etmək məqsədi ilə İmişli rayon İcra Hakimiyyətində könüllülərin təcrübə keçməyə cəlb edilməsi və təcrübəyə cəlb olunan gənclərlə sistemli işin təşkili həyata keçirilmişdir. 

  İmişli könüllüləri də ökəmizin əksər şəhər və rayonlarında olduğu kimi “Böyüklərimizi qoruyaq” devizi altında səfərbər olmuşlar. Belə ki, Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda bu istiqamətdə aparılan maarifləndirmə işlərinə fəal dəstək göstərən könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənc könüllülər İmişli rayon ərazisində yaşayan tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkərək, onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırmış və xəstəlikdən qorunma üsullarını izah etmişlər. Cəmiyyətin bütün sahələrində könüllülərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və rayon ərazisində könüllülük hərəkatını inkişaf etdirmək üçün görülən işlər davam etdirilir. 

Keçidlər