Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı tərəfindən rayonda yaşayan aztəminatlı, yaşlı və tənha insanlara qayğı göstərilib.

18 aprel 2020 | 16:00

İmişli rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirləri həyata keçirilir.
    Həyata keçirilən tədbirlər çərçivəsində İmişli rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı tərəfindən rayonda yaşayan aztəminatlı, yaşlı və tənha insanlara qayğı göstərilib. Gənclər Birliyinin könüllülərindən ibarət dəstə tədbirdə iştirak edərək imkansız ailələrə müxtəlif  ərzaq məhsullarından ibarət bağlamalar veriblər. Ərzaq bağlaması alan şəxslər onları daim diqqətdə saxlayan və hər zaman yanlarında olan ölkə prezidentinə təşəkkürlərini bildiriblər. Qeyd etmək lazımdırki bu işlər davamlı olaraq  aparılacaqdır.

 

Keçidlər