Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizin ildönümləri qeyd olunur

02 oktyabr 2022 | 12:49
  Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən qəhrəman oğullarımızın yoxluğundan artıq 2 il ötür. Vətən müharibəsində şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən Həsənov Əsəd Fərhad oğlunun, Mehdiyev Əhliman Rəhman oğlunun və Musayev Alik Rafiq oğlunun şəhadətlərinin ikinci ildönümləri qeyd olunub. Bu münasibətlə şəhidlərin ailələrinin yaşadıqları ünvanlarda mərasimlər keçirilib.
  Mərasimlərdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasimlər zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunulub, valideyinlərinə səbir dilənilib. Şəhidlərimizin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edərək ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər