Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin ildönümündə əziz xatirələri böyük ehtiramla yad olunub

28 oktyabr 2022 | 12:41

     Bu gün qəhrəman şəhidlərimiz, Bayramov Elnur Şəmsi oğlu və Quliyev Əli Tədbir oğlunun şəhadətlərindən 2 il ötür. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, icra aparatının məsul işçiləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri qəhrəman şəhidlərimizin ildönümlərində əziz xatirələrini dərin ehtiramla yad ediblər, ailələrinə səbir diləyiblər. Mərasim zamanı Elçin Rzayev şəhidlərimizin yad edilməyinin hər kəsin vəzifə borcu olduğunu söyləyib və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Elnur və Əli kimi qəhrəman şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuzu vurğulayıb. Şəhid ailələrinə göstərilən qayğıya görə razılıqlarını bildirən şəhidlərimizin ailə üzvləri prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər