Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin ildönümü qeyd olunub

28 sentyabr 2022 | 17:05

   2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn, İmişli rayonunun Qulubəyli kəndindən olan Cəfərli Elşən Rəfail oğlunun, Hacırüstəmli kəndindən olan Abbasov Asim Rasim oğlunun və Qaragüvəndikli kəndindən olan Kərimli Ramin Əli oğlunun ildönümü mərasimləri qeyd olunub. Şəhidlərimizin ildönümü mərasimlərində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı şəhidlərimizə Allahdan rəhmət dilənilib, ailə üzvlərinin qayğıları ilə maraqlanılıb. Şəhidlərin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər, prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər