Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Həmdulla Abdullayevin ildönümü qeyd olunub

07 noyabr 2022 | 17:39
  İmişli rayonunda bu gün Vətən müharibəsində şəhid olmuş Abdullayev Həmdulla Aslan oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində il mərasimi keçirilib. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, icra aparatının məsul işçiləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər, ailəsinə səbir diləyiblər.
  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açan Elçin Rzayev həmin qələbədə Həmdullanın da payı olduğunu bildirib. Qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən danışan icra başçısı illər keçsə də Həmdulla kimi qəhrəmanlarımızın unudulmayacağını vurğulayıb. Aslan Abdullayev şəhid atası kimi oğlunun xatirəsinin daim yad olunmasını Həmdullanın simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib, hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılığını ifadə edib.
Keçidlər