Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cavid Səfərlinin ildönümü qeyd olunub

17 noyabr 2022 | 12:15
  Bu gün Vətən müharibəsi şəhidi, baş leytenant Cavid Xaliq oğlu Səfərlinin şəhadətə yüksəlməsinin ikinci ildönümü qeyd olunub. Mərasimdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri, YAP İmişli rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Şəhidimizin ildönümündə əziz xatirəsi dərin ehtiramla yad edilib, ailəsinə səbir dilənilib.
  İştirakçılar 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıblar. Vətən uğrunda canını fəda edən şəhidlərin əbədi ehtirama layiq olduğu bildirilib, Cavidin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edilib. Cavidin və bütün şəhidlərimizin xatirələrinin hər zaman uca tutulacağı, hörmət və ehtiramla xatırlanacağı vurğulanılıb. Onların ömür yolunun gənclərə nümunə olduğu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağı bildirilib. Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.
Keçidlər