Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Abas Şahbazovun ildönümü qeyd olunub

06 oktyabr 2022 | 12:46

  Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu Şahbazov Abas Cavad oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il keçir. Bu münasibətlə şəhidin ailəsinin yaşadığı İmişli rayonunun Qulubəyli kəndində ildönümü mərasimi keçirilib. Mərasimdə şəhid ailələrinin üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Mərasim zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunulub, valideyinlərinə səbir dilənilib. Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər