Şriftin ölçüsü :

Saytın rəngi :

Statistik rəqəmlər İmişli rayonunun nəqliyyat və tikinti sahəsində də inkişafı göstərir

20 iyul 2022 | 12:34

      Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi nəqliyyat və tikinti sahəsində də inkişaf mövcuddur. Belə ki, respublikanın bütün magistral avtomobil yolları əsaslı təmir edilmiş və ya yenidən tikilmişdir ki, bu nəqliyyat sektorunda sərnişin və yük daşınmada böyük əhəmiyyət kəsb etmişdir. İşğaldan azad olunmuş rayonların əksər hissəsinə gedən magistral avtomobil yollarının İmişli rayonu ərazisindən keçməsi rayonun nəqliyyat sektorunun inkişafında mühüm rol oynamışdır.

      Ayrılan büdcə vəsaitləri hesabına podrat təşkilatları tərəfindən rayonda aparılan tikinti işləri onu göstərir ki, bu sahə də kifayət qədər inkişaf etmişdir. Cədvəllərdə İmişli rayonu üzrə 2020-2021-2022-ci illərin birinci rübü ərzində nəqliyyat və tikinti sahəsində olan müqayisəli məlumatlar öz əksini tapmışdır.

Keçidlər