Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elgün Həsənovun ailəsi ilə görüş keçirilib

16 avqust 2022 | 15:46
   Bu gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri olan şəhid Həsənov Elgün Əli oğlunun ailə üzvləri ilə görüş keçirib. Görüşdə RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidin yaxınları iştirak ediblər. Ziyarətçilər ailənin qayğıları ilə maraqlanıb, şəhidin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
   Görüş zamanı çıxış edən icra başçısı qeyd edib ki, son illərdə prezident cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Xüsusilə 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fərman və sərəncamlar imzalanıb. Bütün bunlar həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Xatırladaq ki, şəhidimizin bu gün həm də doğum günüdür. O, 1999-cu il avqust ayının 16-da İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Hələ uşaq yaşlarından Elgün vətənpərvərliyi ilə fərqlənib. Bildirilib ki, Vətən müharibəsində Elgün kimi gənclər sayəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduq. Şəhidimizin ailə üzvləri isə onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər